Beynəlxalq Bankdan 3 ayda 130 milyon manat mənfəət - HESABAT

Beynəlxalq Bankdan 3 ayda 130 milyon manat mənfəət - HESABAT
"Azərbaycan Beynəlxalq Bankı” ASC 2019-cu ilin 1-ci rübünü 130 milyon 345 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 139 milyon 895 min manat xalis mənfəət əldə etmişdi. 

Cari ilin yanvar-mart dövründə Beynəlxalq Bankın cəmi gəlirləri 138 milyon 44 min manat, o cümlədən faiz gəlirləri 108 milyon 662 min manat, qeyri-faiz gəlirləri 29 milyon 382 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 85 milyon 155 min manat əməliyyat mənfəəti formalaşıb. Əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 45 milyon 190 min manatı azad olduğundan mənfəət 130 milyon 345 min manata yüksəlib.

2018-ci ilin ilk rübündə Beynəlxalq Bankın cəmi gəlirləri 131 milyon 594 min manat, o cümlədən faiz gəlirləri 110 milyon 651 min manat, qeyri-faiz gəlirləri 20 milyon 943 min manat təşkil etmişdi. Həmin dövrdə xərclər çıxıldıqdan sonrabankın 75 milyon 49 min manat əməliyyat mənfəəti qalmışdı. 2018-ci ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə Bankın əməliyyat mənfəətinin artması diqqəti çəkir. Bank faiz və qeyri-faiz xərclərini azaldıb.

31 Mart 2019-cu il tarixində "Azərbaycan Beynəlxalq Bankı” ASC  8 milyard 461 milyon manat cəmi ativlərə, 7 milyard 163 milyon manat cəmi öhdəliklərə və 1 milyard 298 min manat cəmi aktivlərə malik olub.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...