Yapı Kredi Bank Azərbaycan vakansiya elan edir

Kart Ödəniş Sistemləri üzrə əməkdaş
Vəzifəyə olan tələblər:
·Ali təhsil,
·Yaxşı dərəcədə İngilis və Rus dillərində danışa bilən,
·MS Office proqramlarına hakim,
·Analiz etmə bacarığı inkişaf etmiş, yaradıcı, strateji həll təklifləri və fikirlər qarşı tərəfə aydın çatdıra bilən,
·Təsirli ünsiyyət və problem həll etmə bacarıqlarına sahib,
·Təşəbbüs istifadə etmə,
·Yüksək peşəkarlıq və stressə davamlılıq.
Funksional Öhdəliklər:
·Ödəniş kartları sahəsində ən az 1 il iş təcrübəsinə sahib olmaq;
·Ödəniş sistemlərinin qayda və tariflərinə hakim olmaq, onlarla danışıq və yazışmaların aparılması, müvafiq hesabatların təqdim edilməsini təmin etmək;
·Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qayda və tələblərinə hakim olmaq;
·POS-terminal sahəsinin inkişafı üzrə təsərrüfat subyektləri ilə işlərin koordinasiyasını həyata keçirmək;
·Ödəniş kartları sahəsi üzrə rəqabəti və dünyada gedən tendensiyaları yaxından təhlil etmək;
·Ödəniş kartları və POS-terminal məhsullarının inkişafı ilə bağlı təkliflər vermək, ödəniş sistemləri və müvafiq departamentlərlə birgə layihələr həyata keçirmək;
Email: [email protected]