Gənclərin peşəkar inkişafına Expressbank-dan növbəti töhvə

Gənclərin peşəkar inkişafına Expressbank-dan növbəti töhvə
Mütəmadi olaraq gənclərin maarifləndirilməsi istiqamətində töhvə verən Expressbank maraqlı layihələri ilə fərqlənməkdə davam edir. Belə ki, bank tərəfindən yaradılan Express İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən və İnsan resurslarının layihəsi olan Express Maarifləndirmə- yə start verildi. 
İlk olaraq bankın nümayəndələri- təlimçilər Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının dəstəyi ilə 22- 26 Mart tarixlərində Daşkəsəndə təşkil edilən 80 nəfərlik tələbə heyətinə Emosional İntellekt və Peşəkar mütəxəssis mövzularında təlim keçiriblər. İnteraktiv və pozitiv formada təşkil edilən təlim çərçivəsində maarifləndirici oyunlarda  aktivliyi ilə fərqlənən tələbələrə Expressbank tərəfindən xüsusi hədiyyələr təltif edilib.
 
İnsan resursları layihəsi olan Express Maarifləndirmə-nin illik proqramına əsasən növbəti görüş 28 mart tarixində Express İnkişaf Mərkəzində baş tutub.
 
Təlimdə işitrak edən tələbələr fevral ayında universitetlərdə aparılan təbliğat nəticəsində CV göndərən ilk 25 gənc arasından seçilib. "Bank kartları fəlsəfi” və "Ağıllı anket – CV” mövzularında təşkil edilən təlimlərdə tələbələrin göstərdiyi aktivlik barədə bəhs edən Express İnkişaf Mərkəzinin rəhbəri Faiq Musayev bildirdi ki, bir çox təhsil müəssisələrində, məktəblərdə və Express İnkişaf Mərkəzində tələbə və şagirdlər üçün hər ay müxtəlif təlimlərin təşkili planlaşdırılır. 
" Layihənin məqsədi gənclərin yeni biliklər əldə etməsinə və bank fəaliyyətində ümumdünya təcrübəsi ilə yaxından tanış olmağına şərait yaratmaqdır. Bu səbəbdən gənclərə Expressbank-ın Top menecmentləri, müstəqil struktur bölmə rəhbərləri, filial müdirləri və təcrübəli ekspertləri ilə nəzəri bilgilərlə yanaşı praktik təcrübə keçməkdə davam edəcəyik.” 
 
Qeyd edək ki, "Express İnkişaf Mərkəzinin əsas hədəfi keyfiyyətli və tədris sahəsində ehtiyacları qarşılayan mərkəzə çevrilmək və potensialı olan gənclərin bank sahəsində təcrübə əldə edərək gələcəkdə daha böyük uğurlara nail olmalarına zəmin yaratmaqdır. Mərkəzin açılışı cari ilin yanvar ayında baş tutmuşdu. Layihənin davamı olaraq növbəti maarifləndirici təlimlər aprel ayında nəzərdə tutulur.  




OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...