Təhsil İdarəsi: Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Təhsil İdarəsi: Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Bununla bağlı həmin uşaqların valideynlərinə bildirişlər göndərilir.

Bu barədə "Report"a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistem tərəfindən avtomatik sorğu yerləşdirildikdən sonra valideynlər Şəxsi kabinetdən elektron "Ərizəni" çap edərək sentyabrın 15-dək müvafiq sənədlərlə birlikdə məktəbə təqdim edə bilərlər. Valideyn övladı üçün birinci sinifdə məktəb və ya müəllim seçimini dəyişmək istədiyi təqdirdə, 13 mart 2019-cu il tarixindən etibarən "Sorğunu sil” düyməsini sıxaraq yenidən seçim edə bilər.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə uşaqların qeydiyyatına martın 13-də start veriləcək. Ümumi təhsil məktəblərinin I siniflərinə elektron qeydiyyat prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə uşaqların qeydiyyatı elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qeydiyyat da elektron sistem vasitəsilə aparılacaq.


OXŞAR XƏBƏRLƏR

Boşandıqdan sonra özünə tropik ada almağa qərar verdi - FOTOLAR

60 yaşlı britaniyalı İan Usher (Yan Aşer) köhnə həyatını tərk edərək bütün əşyalarını satmaq qərarına gəlib. O, Karib dənizində özünə tropik ada alıb.  ...

Rəsmi Bakı: "Aİ Fransada etirazçıların öldürülməsinə münasibət bildirməyib"

“Avropa İttifaqı tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşır...

Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşdü

Vyetnamın şimalında “Yaqi” tayfunun səbəb olduğu güclü daşqınlar nəticəsində azı 324 nəfər ölüb və ya itkin düşüb.   Sfera.az xəbər verir...

Paşinyan Ermənistanda cinayətkarlığın artdığını etiraf etdi

“Təəssüflər olsun ki, statistika olmasa belə, adi gözlə baxanda da Ermənistanda cinayət nisbətinin artması görünür”.   Sfera.az xəbər ver...

Bu məktəbin direktoru İŞDƏN ÇIXARILDI - FOTO

Bakıda məktəb direktoru işdən çıxarılıb. Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki...

Kendal Cenner imicini dəyişdi, pərəstişkarlar tənqid etdi - FOTO

Supermodel, iş qadını və realiti-şou ulduzu Kendall Cenner imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, o, şəkillərini İnstaqramda payl...