Qəbul imtahanlarının vaxtı niyə dəyişdirildi? - Açıqlama

Qəbul imtahanlarının vaxtı niyə dəyişdirildi? - Açıqlama
Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanlarının dəyişdirilməsi səbəbini açıqlayıb.

Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, I və IV ixtisas qrupları üzrə imtahan gününün dəyişdirilməsi I ixtisas qrupu üzrə qabiliyyət imtahanlarının keçirilməsinin, o cümlədən yazılı cavab vermək tələb olunan işlərin yoxlanılmasının müəyyən qədər vaxt tələb etməsi ilə əlaqədardır. Ona görə də iyunun 30-da keçirilməsi nəzərdə tutulan I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə yay qəbul imtahanı iyunun 23-də keçiriləcək:

 

"I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanın mayın 12-nə keçirilməsi isə onunla əlaqədardır ki, iki imtahan (yaz və yay) günü arasında lazımi qədər vaxt yaransın və abituriyentlər imtahana daha rahat şəkildə hazırlaşa bilsinlər. Bundan əlavə, iyunun sonlarında ölkədə beynəlxalq əhəmiyyətli digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanları kütləvi xarakter daşıdığı üçün digər beynəlxalq tədbirlərlə eyni vaxtda keçirilməsi məqsədəuyğun hesab edilmir".


OXŞAR XƏBƏRLƏR

Zelenski və Sandu Azərbaycan qazının vacibliyindən danışıblar

Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Hansı ki, bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər.   Sfera.az xəbər ve...

İsrail 200 fələstinli girovu azad etdi - 4 israilli qadın müqabilində...

İsrail höküməti bu gün 200 fələstinli girovu azad edib.   Sfera.az  xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.   ...

"Qarabağ"ın bugünkü oyununda Mahir Emreli yoxdur - SƏBƏB

Almaniya 2-ci bundesliqasında 19-cu turun oyunları keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu &ldquo...

Gürcüstan XİN başçısı Ermənistana səfər edəcək

Gürcüstan xarici işlər naziri (XİN) Maka Boçorişvili Tbilisidəki Ermənistan səfiri Aşot Smbatyan ilə görüş keçirib.   Sfera.az xəbər verir ki, bu bar...

Moldova prezidenti Zelenski ilə görüş keçirib

Moldova Prezidenti Maya Sandu Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Maya Sandu “X&rdqu...

Aİ nümayəndələri Ermənistan tərəfdən sərhədlərimizi izləyib - VİDEO

Yanvarın 25-i günorta saatlarında Ermənistanın Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş...