Qiyamət gecə saat 23:57-də baş verəcək - Alimlərin son hesablaması..

Qiyamət gecə saat 23:57-də baş verəcək -  Alimlərin son hesablaması..

Amerikalı alimlər dünyanın dağılma ehtimalına işarə vuran qiyamət saatını açıqlayıb. 1947-ci ildən bu yana tətbiq olunan simvolik saata əsasən, qiyamətin baş verməsi an məsələsidir. 

İkinci dünya müharibəsindən sonra Nüvə Elmləri Bülleteni qurumu dünyanın üzləşdiyi təhlükələrin ciddiliyini qiyamət saatı ilə nümayiş etdirməyə qərar verib. Qiyamətin baş vermə anı şərti olaraq gecə saat 12 göstərilir. Son hesablamalar əsasında bir qədər də dəqiqləşdirmə aparılıb, qiyamət gecə saat 12-yə 3 dəqiqə qaldığı anda baş verəcək. Yəni, bəşəriyyəti yox edəcək fəlakətin baş vermə ehtimalı insanlara 3 dəqiqə qədər yaxındır. 

Dünyanın sonunu yaxınlaşdıran səbəblər isə müxtəlifdir. Bəzi böhranların aradan qalxması qiyamət saatına müsbət təsir etsə də, regional gərginliklərin alovlanması, vətəndaş müharibələri sonun başlanğıcını yaratmağa kifayət edir. 

Bildirilir ki,  nüvə silahlarının artması və iqlim dəyişikliyi bəşəriyyət önündə ən ciddi problemlər olaraq qalır. İlk dəfə qiyamət saatı 23-53 göstərilirdi. Artıq insanların vaxt krediti də tükənmək üzrədir. Bu vaxtadək dünyanın dağılmasına ən yaxın olduğumuz zamanlara gəlincə, 1953-cü ildə Sovet İttifaqı ilə ABŞ arasındakı gərginlik fonunda qiyamət saatında fəlakətə 2 dəqiqə qalmışdı. Soyuq müharibənin  pik həddə çatdığı 1984-cü ildə isə fəlakətin cəmi 3 dəqiqə uzaqlığında idik. İndi də demək olar ki, eyni vəziyyətdir.(atv/az)


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...