Kənd təsərrüfatı ilə bağlı toplantı keçirilir - Bakıda

Kənd təsərrüfatı ilə bağlı toplantı keçirilir - Bakıda

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə “Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi” mövzusuna həsr olunmuş əməkdaşlıq konfransı keçirilir.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, ASK-nın prezidenti Məmməd Musayev ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən olan aqrar sektorda bir çox müsbət nəticələr əldə edildiyini, konfederasiyanın da bu sahədə iş adamları və dövlət qurumları arasında səmərəli işin qurulmasına, digər ölkələrin təcrübəsinin öyrənilməsinə öz töhfəsini vermək niyyətində olduğunu, bugünkü əməkdaşlıq konfransının da məhz bu məqsədlə təşkil edildiyini bildirib.

Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov aqrar sahədə aparılan islahatların müsbət nəticələrindən, görülən işlərdən, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi gündəmdədir. Kənd təsərrüfatının inkişafı iqtisadi sahədə prioritet məsələlərdəndir.

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, dünyada və regionda yaşanan mürəkkəb geosiyasi proseslər, enerji bazarında davam edən qeyri-sabitlik, bir çox ölkələrin ciddi iqtisadi və sosial problemlərlə üzləşməsi iqtisadi dayanıqlığımızın artırılmasına yönəlmiş islahat tədbirlərinin daha intensiv şəkildə həyata keçirilməsini zəruri edir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində mühüm tapşırıqların verildiyini vurğulayan nazir Şahin Mustafayev bu tapşırıqların icrası istiqamətində görülən işlərdən danışıb. Şahin Mustafayev qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları, eləcə də yeni iqtisadi şəraitdə aqrar sahənin, o cümlədən ənənəvi sahələrin, xüsusilə də pambıqçılığın inkişafı üçün tətbiq olunacaq yeni stimullaşdırma mexanizmlərini diqqətə çatdırıb. Bildirilib ki, aqrar sahənin inkişafında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi xüsusi önəm daşıyır və bu baxımdan belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir.

Kənd təsərrüfatı naziri Heydər Əsədov aqrar sahənin hər zaman prioritet sahələrdən olduğunu, yeni iqtisadi şəraitdə də kənd təsərrüfatının inkişafının öz aktuallığını qoruduğunu vurğulayıb.

“Konfrans kənd təsərrüfatının inkişafında və digər ölkələrin təcrübəsinin öyrənilməsində çox əhəmiyyətlidir. Aqrar sahədə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək”, - deyə nazir əlavə edib.

Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə ASK arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Sənədi kənd təsərrüfatı naziri Heydər Əsədov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.

Kənd


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...