Müdafiə Nazirliyinin sabiq xidmət rəisini oğurladı, axırda isə...

Müdafiə Nazirliyinin sabiq xidmət rəisini oğurladı, axırda isə...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror təqsirləndirilən şəxsin 12 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

İttihamda göstərilir ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus" əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərov sərbəst buraxıb. İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb.

Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib.

Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur.

Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

Qeyd edək ki, Hörmət Əsgərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib.

OXŞAR XƏBƏRLƏR

Cəbrayılda ilk dərs günü münasibətilə tədbir keçirildi - FOTO

Oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı tədbir keçirilib.   Sfera.az xəbər verir ki, tədbir...

Prezident Baydenin müşavirini QƏBUL ETDİ - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib. &nb...

Rəşad Sadıqov ƏMƏLİYYAT OLUNDU

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov qasıq nahiyəsindən əməliyyat olunub.   Sfera.az-ın məlumatına görə, Türkiyədə əməliyyat olunan 4...

"Xınalıq UNESCO-da 1 il" mövzusunda mediatur TƏŞKİL EDİLDİ - FOTO

Oktyabrın 9-da Dövlət Turizm Agentliyi media nümayəndələri üçün “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşki...

Azərbaycan yığması Estoniyaya yollandı - FOTO

UEFA Millətlər Liqasında Estoniya ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tallin şəhərinə yollanıb.   Sfera.az xəbər verir ki...

COP29 sədrliyi nazirliklər nümayəndələrinin təyin olunmasını ELAN ETDİ

COP29 sədrliyi uyğunlaşma, iqlim dəyişikliyinin qarşısının alınması və 6-cı Maddə üzrə nazirliklər nümayəndələrinin təyin olunmasını elan edib.   Sfe...