Yeni doğulmuş körpəni diri-diri basdırdılar
18:45 / 22.01.2019
3970
Hindistanın Uttar-Pradeş ştatının Şahcahanpur şəhərində yeni doğulmuş körpəni son anda xilas ediblər.
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli din adamı 20 günlük qızın valideynlərini inandırıb ki, uşaq pis qüvvələrin təsiri altındadı. Uşağın olması valideynlərin həyatını məhv edəcək. Bundan sonra onlar körpəni basdırmaq qərarına gəliblər.
Ananın bacısı uşağı yaxınlıqdakı gölməçənin yanında torpağa basdırıb.
Bir neçə saat sonra yaxınlıqdan keçənlər körpə qışqırığı eşidib köməyə yetişiblər. Xəstəxanaya çatdırılan qızcığazın vəziyyətini həkimlər yaxşı qiymətləndirir. Polis din xadimini, uşağın atasını, anasının bacısını həbs edib. Ana isə qaçıb və axtarışdadı.