Fəttah Heydərov: “Prezidentin çağırışlarına biz də öz fəaliyyətimizlə cavab verməliyik”

Fəttah Heydərov: “Prezidentin çağırışlarına biz də öz fəaliyyətimizlə cavab verməliyik”

Dünyada gedən proseslərin ölkəmizə də təsiri şübhəsizdir.

Ancaq Azərbaycan dövləti, dövlət başçısı cənab İlham Əliyev də çalışır ki, bu təsirlərin qarşısı alınsın, insanlara, ölkənin iqtisadi inkişafına ciddi təsir göstərməsin.
 
Gün.Az xəbər verir ki, bu fikirləri parlamentin Regional məsələlər komitəsinin sədr müavini və Milli Məclisin Hesablayıcı Komissiyasının sədriFəttah Heydərov adıçəkilən komitənin qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 29-da keçirilən iclasında dilə gətirib.
 
Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti həm də özünün dünyada sülhsevərliyi, sabitliyi və sakitliyi ilə seçilir.
 
“Bununla belə, dediyim kimi, dünyada yaşanan iqtisadi-siyasi böhranların bizə də müəyyən təsirləri var.
 
Ona görə biz də bu təsirlərin qarşısının alınması, bu məsələdə ölkə başçısına dəstək verilməsi üçün çox fəal olmalıyıq. 
 
Bizim mütəqilliyimizi istəməyən, məsələləri tərsinə yozan qüvvələr var ki, onlara qarşı qətiyyətli mübarizə aparmalıyıq. Bizim bu məsələ ilə bağlı  qarşımızda ciddi vəzifələr dayanır. 
 
Dövlət başçısının məmurlarla bağlı səsləndirdiyi fikirlər, çağırışlar bizə də aiddir. Biz də bu çağırışlara öz fəaliyyətimizlə cavab verməliyik, Prezidentin siyasətini daha ürəklə dəstəkləməliyik, onun yanında olmalıyıq, ona kömək etməliyik. 
 
Baxmayaraq ki, əhali sayı və ərazi baxımdan elə də böyük dövlət, xalq deyilik, ancaq bununla belə, dünyada sözümüz, çəkimiz,  yerimiz var,  bizimlə heasablaşırlar. 
 
Bunlar da hamısı dövlət başçısının yeritdiyi uğurlu siyasətlə bağlıdır. 
 
Biz bir çox ölkələrin illərlə keçdiyi yolu çox qısa zaman ərzində keçmişik.
 
Ona görə müstəqilliyimizə, inkişafımıza xələl gətirməyə çalışan qüvvələrə də fürsət verməməlyik, onlara qarşı qətiyyətli mübarizəmizi aparmalı və davam etdirməliyik” - deyə, F. Heydərov daha sonra sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...