PAŞA Bank ödəniş kartları sahəsində uyğunluq sertifikatı alıb

PAŞA Bank ödəniş kartları sahəsində uyğunluq sertifikatı alıb
Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank ödəniş kartları sahəsində məlumatların təhlükəsizliyi standartına (Payment Card Industry Data Security Standard, PCI DSS) uyğunluq sertifikatını əldə etmişdir.

Standartın tələbləri banklara, həmçinin ödəniş kart sahibləri barədə məlumat işləyən şirkətlərə şamil edilir. PCI DSS standartı şəbəkə infrastrukturundan təhlükəsiz istifadəni, istismar edilən İT serverlərində müxtəlif komponentlərin yenilənməsi üzərində nəzarəti, sistemə müdaxilə sınaqlarını, bütün proseslərin ümumi monitorinqini və s. məsələləri tənzimləyir.

Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucovun dediklərinə əsasən, Azərbaycanın aparıcı bankı qismində PAŞA Bank fəaliyyətində informasiya təhlükəsizliyinə və bu sahədə yeni alətlərin və beynəlxalq standartların yerli bazarda tətbiqinə xüsusi diqqət yetirir.

"PCI DSS tələblərinə uyğunluq sertifikatının əldə edilməsi PAŞA Bankın istismar etdiyi informasiya sistemində ödəniş kartları ilə ödənişlərin həyata keçirilməsində əminlik və təhlükəsizlik və sözügedən sistemin beynəlxalq tələblərə uyğunluğu baxımından kənar auditdən uğurla keçməsinə dəlalət edir. PCI DSS ödəniş məlumatlarının təhlükəsizliyi standartına uyğunluğun təsdiqi PAŞA Bankın 2018-2020-ci illər üzrə İnkişaf Strategiyası çərçivəsində rəqəmsal platformaya keçid istiqamətində nəzərdə tutulan məqsədlərə doğru atılmış növbəti addımdır” – deyə cənab Orucov bildirmişdir.

PCI DSS beynəlxalq standartı aparıcı beynəlxalq ödəniş sistemləri qismində Visa, MasterCard, American Express, JCB və Discover tərəfindən təsis edilmiş Ödəniş Kartları sahəsində Təhlükəsizlik Standartları Cəmiyyəti (Payment Card Industry Security Standards Council, PCI SSC) tərtib edib.


OXŞAR XƏBƏRLƏR

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sab...

Əraqçi: "İsrail və ABŞ-nin İrana hücumları ağır nəticələrə gətirib çıxara bilər"

İsrail və ABŞ-nin İrana qarşı hərəkətləri təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ağır nəticələrə səbəb ola bilər.   Sfera.az-ın TASS-a is...

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində "Rosh l...

"Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq"-Natiq Məmmədli

"Euronews" təlimi son illər Azərbaycan mətbuat tarixində ilk hadisədir.   Sfera.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MED...

Oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada öldü

İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Talısta...

Yaponiyanın Baş naziri NATO sammitində iştirakdan imtina edəcək

Yaponiyanın Baş naziri Sigeru İsiba Haaqada keçiriləcək NATO sammitində iştirakdan imtina etmək niyyətindədir.   Sfera.az TASS-a istinadən xəbər veri...