ADİU-nin tələbələri PAŞA Bankın İdarə Heyətinin Üzvü ilə görüşüb

ADİU-nin tələbələri PAŞA Bankın İdarə Heyətinin Üzvü ilə görüşüb
 PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) "Maliyyə”, "Dünya iqtisadiyyatı”, "Biznesin idarə edilməsi” fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirib.

PAŞA Bankın baş ofisində baş tutmuş tədbirdə 20 xanım tələbə iştirak edib. Tələbələrin xanım Nağıyeva ilə görüşündə əsasən bəşəriyyətin gözəl nümayəndələri qarşısında əmək bazarında açılan karyera imkanları, müasir dünyada təhsilin rolu, əlavə peşəkar bacarıqlara yiyələnmənin vacibliyi və s. kimi mövzular müzakirə olunub.

Xanım Nağıyevanın sözlərinə görə müasir qadının karyerasında uğurun əsas komponentlərindən biri öz gücündən əminlik və istənilən fəaliyyət sahəsində rəqabətqabiliyyətli olmağa səy göstərilməsidir.

"Bu kontekstdə istənilən irəliləyiş, ilk növbədə, qadının peşəkar baxımdan öz üzərində səylə işləməsinin nəticəsidir. Misal üçün maliyyə sahəsi ənənəvi olaraq kişilərin fəaliyyət sahəsi hesab olunsa da, Bankda gender tarazlığının yaradılması sahəsində göstərilən səylər və nail olduğumuz uğurlar əksini deyir. Belə ki, PAŞA Bankda rəhbər vəzifələrin 50%-ni bəşəriyyətin gözəl nümayəndələri tutur, bu isə bizi maliyyə bazarında unikal maliyyə qurumu edir” – deyə, X. Nağıyeva qeyd etdi.

Qeyd edək ki, xanım Nağıyevanın ADİU-nin tələbələri ilə görüşü PAŞA Bankın qadınların imkanlarının genişləndirilməsi və yerli əmək bazarında gender tarazlığının qorunması üzrə təşəbbüsünün (Women Empowerment) həyata keçirilməsi çərçivəsində keçirdiyi növbəti tədbirdir.  


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...