Ölkənin ən varlı şəxslərindən birinin arvadı qaçırıldı
Dünya
07:41 / 10.01.2019
1204
Bəzi məlumatlara görə, cinayətkarlar kriptovalyutada 9 milyon avro tələb ediblər
Norveçdə ölkənin ən varlı şəxslərindən biri olan Tom Hagenin həyat yoldaşı qaçırılıb. Cinayətkarlar girov müqabilində pul tələb edib.
Norveçli milyonçunun həyat yoldaşı Anna-Elizabet Falkevik-Haqen oktyabrın 31-i Lerenskuq şəhərində olan evindən yoxa çıxıb. Məlumata əsasən, binada videomüşahidə sistemi olmayıb, qapının qırıldığı ilə bağlı izə rast gəlinməyib.
Polis hesab edir ki, qadın hamam otağından qaçırılıb. Nəşr, həmçinin yazır ki, hadisə yerindən Norveç dilində səhvlərlə dolu məktub tapılı. Məktubda hüquq-mühafizə orqanlarına müraciət olunmamasına dair tələb olub.
Qadının axtarışına Avropol və İnterpolun əməkdaşları da cəlb edilib. Axtarışlar çox gizli şəraitdə aparılır. Amma 10 həftə ərzində qadından heç bir xəbər yoxdur.
Bəzi məlumatlara görə, cinayətkarlar kriptovalyutada 9 milyon avro tələb ediblər. Onlar kriptovalyutanı tranzaksiyanı gizlətmək üçün təıləb ediblər.
Polis tələbi yerinə yetirməməyi məsləhət görüb. sputnik.az