Facebook-u çox sərt cəzalar gözləyir: Facebook bağlana bilər

Facebook-u çox sərt cəzalar gözləyir: Facebook bağlana bilər
Facebook üçün əla xəbər: 2018-ci il bitdi. Pis xəbər: 2019-cu il başladı.
 
Bu il edilən üzrlər hesabata yol açacaq və nizamlama haqqında gedən söhbətlər (potensial olaraq) fəaliyyətə keçəcək.
 
Bəs, bu nə deməkdir? Cəzalar nə dərəcədə kəskin olacaq? Qarşıdakı 12 ay ərzində Facebook-un başına gələ biləcək bəzi şeyləri təqdim edirik.
 
Böyük miqdarda cərimələnə bilər
 
İrlandiya Məlumatların Mühafizəsi Komissiyası dekabrda elan edib ki, "Facebook barəsində verilən bir sıra pozuntu bildirişləri" əsasında təhqiqata başlayıb. Bunun nəticələri potensial olaraq böyük olacaq və nizamçılar şəxsi məlumatları qoruya bilməyən şirkətlərə qarşı sərt qaydalara əsaslanan yeni nizamnamə üzərində işləyirlər.
 
"Əsas diqqət onların malik olduğu təhlükəsizlik tədbirləri və proseduralarda olacaq," Gizlilik Professionallarının Beynəlxalq Assosiasiyasının başçısı Kate Colleary izah edib.
 
"Və əgər onlarda çatışmazlıq aşkarlansa, çox güman ki, inzibati tapıntı təklifini irəli sürəcəyəm."
Həmin inzibati tapıntı isə - başqa sözlə, Məlumatın Mühafizəsi Komissiyası tərəfindən Facebook-un yanlış olduğunun təsdiqi - Facebook üçün son dərəcədə baha başa gələcək.
 
May ayında tətbiqinə başlanılıan Ümumi Məlumat Mühafizəsi Qaydasına (General Data Protection Regulation - GDPR) əsasən, şirkət qlobal dəyərini 4%-i məbləğində cərimələnə bilər. Facebook üçün bu, 2.5 milyard manatdan (1.5 milyard dollar) çox deməkdir.
 
Başqa bir böyük cərimə ala bilər
 
Və cərimələr burada bitməyə bilər. İrlandiyada təhqiqatlar aparılır və ABŞ Federal Ticarət Komissiyası (FTK) da 2011-ci ildə imzaladığı bir razılaşma çərçivəsində Facebook-un idarə formasını yoxlanışdan keçirir.
Uzun sözün qısası, razılaşmaya əsasən, Facebook istifadəçi məlumatının toplanması və paylaşılması üçün istifadəçidən aydın və düzgün razılıq əldə etmək sözü vermişdi. Şirkət dəfələrlə "razılıq fərmanı" adlanan razılaşmaya zidd hərəkət etmədiyini iddia edib. Bununla belə, FTK yoxlanışı aparmaqdan daşınmayıb.
 
Əgər Facebook-un pozuntuya yol verdiyi aşkarlanarsa, cəza astronomik miqdarda olacaq - hər pozuntu üçün günə 68 min manat (40 min dollar). Bu halda isə pozuntu "istifadəçi" mənasına gələ bilər. ABŞ-da təxminən 80 milyon Facebook istifadəçisi var və bu hardasa 5 trilyon manat (3 trilyon dollar) deməkdir.
 
Amma çətin ki, belə bir hadisə baş verə. FTK-nın məqsədi Amerika şirkətlərini iflasa uğratmaq yox, pis davranışdan yayındırmaqdır.
Washington Post-a müsahibəsində FTK-nın istehlakçı mühafizəsi üzrə keçmiş rəhbəri professor David Vladeck deyib ki, cərimənin 2 milyard manat (1 milyard dollar) dəyərində olacağı gözlənilir.
İflasa uğraya bilər
 
Dünyanın müxtəlif ölkələrində dəstəklənən bir ikitərəfli mülahizə də odur ki, Facebook artıq çox böyük və çox güclüdür.
"Bizim çox sayda rəqibimiz var," aprel ayında Senat qarşısında çıxışı zaman Mark Zuckerberg deyib.
Lakin o, heç bir rəqibinin adını sadalaya bilməyib. WhatsApp və Instagram da artıq əlində olan Facebook-un heç bir real alternativi yoxdur və olsa belə, şirkət yəqin ki, onu da satın alar.
 
New Statesman-a görə, Facebook çox güman ki, rəqabət məsələlərində ekspertlər işə götürərək kiçik hissələrə ayrılacaq biznes üçün ciddi tədbirlər görür.
 
Freedom from Facebook adlı bir kampaniyaçı qrup şirkətin dörd hissəyə ayrılacağını tələb edib: əsas Facebook şəbəkəsi, WhatsApp, Instagram və Facebook Messenger.
Hər şeydən öncə qrup, bir şəbəkədən digərinə keçmək istədiyimiz zaman məlumatlarımızın asanlıqla nəql olunması sistemini istəyib.
Xilaskar Nick Clegg ola bilər
 
Birləşmiş Krallığın baş nazirinin keçmiş müavini Nick Clegg-in Facebook-un rabitə rəhbəri kimi vəzifəsinə hər an başlaması gözlənilir. Bu təyinat xəbəri ötən ilin oktyabrında yayılmışdı.
Korporativ əlaqələr üzrə təcrübəsizliyi nəzərə alınarsa, bəziləri üçün cənab Clegg-in hansı funkisyanı daşıyacağı maraqlı olub. Keçmiş Liberal Demokratlar lideri Facebook-un Milad partisində jurnalistlərlə fikirlərini bölüşüb və söhbət əsasən, bir fraza ətrafında cərəyan edib: "birgə-tənzimləmə" (co-regulation).
 
Onun işi, bələd olduğu dünya - siyasət ilə tezliklə yaşamağa başlayacağı dünya - Silicon Vadisi arasında bir növ körpü olacaq, o, mənə dedi. Cənab Clegg texniki və etik anlamda məna daşıyacaq qaydalar yaratmaq üçün dövlətlərlə işləmək istəyir.
"Bu, heç bir məna vermir," "birgə-tənzimləmə" ifadəsini bəyənməyən San Jose Dövlət Universitetindən məxfilik üzrə mütəxəssis Ahmed Banafa deyir.
 
"Konqres azad şəkildə fəaliyyət göstərməlidir, çünki bizim qayğımıza məhz o qalır: istifadəçi, vətəndaş. Şirkətlər yox."
Nəzarət altında tənzimlənə bilər
"Facebook-un tənzimlənməsi üçün səs vermək istəmirəm," ABŞ senatoru John Kennedy Mark Zuckerberg-ə aprel ayında deyib.
"Amma vallah, verəcəyəm. Bu, sizdən asılıdır... Sizin istifadəçi razılşamanız (user agreement) xoşagəlməzdir."
Washington-da belə bir hiss var ki, Facebook-un problemlərini həll edə bilməsi üçün əsl vaxtdır. Və Facebook dəfələrlə, bizim azad şəkildə onlayn kommunikasiyamıza təsir göstərməyəcək doğru qayda olacağı təqdirdə, tənzimləməyə açıq olduğunu deyib.
 
2019-cu ildə qaydalar necə olacaq? Demokrat senator Mark Warner-in - Senatın Kəşfiyyat Komitəsinin sədr müavini - siyasət sənədi yəqin ki, baş verə biləcək hadisələrin ən aydın arqumentidir.
Belə ki, senator Warner, şəbəkələri akademiklər tərəfindən yoxlanılma, insanların bir xidmətdən digərinə asanlıqla keçməyini təmin edən daha yaxşı məlumat daşıyıcılığı və hansı şəxsi məlumatların yaddaşda saxlanıldığı, onlardan nə qədərinin və kim tərəfindən istifadə olunduğu barədə detallı açıqlamalar təkliflərinə məcbur etmək istəyir.
 
Unutmayaq ki, bu cür tədbirlər təkcə Facebook-a yox, şəxsi məlumatlardan istifadə edən bütün platformalara təsir göstərəcək. Google və digər nəhənglər də prosesləri yaxından izləyirlər.
Hələ ki, Facebook Honest Ads Act-nı (Dürüst Reklamlar Aktı) dəstəklədiyini deyib. Akt şirkətləri siyasi və problemlər əsaslı reklamın maliyyələşmə mənbəyi barədə mesajlar daşımağa vadar edəcək.
Bu, yaxşı sayılan ilk addım olacaq, amma kifayət deyil. ABŞ-da millət vəkilləri okeanın bu üzünə- Avropanın GDPR-na baxıb düşünürlər: "Etmək olar."
 
İnsanlar da az istifadə etməyə başlaya bilər
 
Facebook böyüməkdə davam edir, amma qalmaqalların baş verdiyi yerlədə yox. ABŞ-da Gündəlik Aktiv İstifadəçilərə (Daily Active Users) nəzər salsaq, Facbook-un ötən üç rüb ərzində heç inkişaf etmədiyini görərik. Avropa da isə rəqəmlər aşağı düşüb.
Belə nə qədər davam edə bilər? Vəziyyət daha da pisləşə bilərmi? Gülməli səslənsə də, hər gün daha çox insan Facebook-dan uzaqlaşdığını yazır. Bir çoxu Facebook hesablarını silməsə belə, şirkətin tətbiqetmə proqramını telefonundan silir.
Lakin yanvarın 30-na qədər heç nə dəqiq bilinməyəcək. Belə ki, şirkət həmin tarixdən sonra, qazanc hesabatını açıqlayacaq və bununla yanaşı, istifadə barədə yenilənmiş statistika da təqdim olunacaq.
 
2018-ci ilin aprelində - Cambridge Analytica qalmaqalından sonra, və digər yüksək-profilli məlumat pozuntularından əvvəl - Creative Strategies adlı analiz şirkətinin təqribən 1000 Facebook istifadəçisi arasında apardığı səsvermədə müəyyənləşib ki, 31% istifadəçi gələcəkdə Facebook-dan daha az istifadə edəcək.
Yaşayarıq, görərik.


OXŞAR XƏBƏRLƏR

Bəşər Əsədin Moskvada olması TƏSDİQLƏNDİ - Səfirlik AÇIQLADI

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin hazırda Rusiyada olması barədə yayılan məlumat təsdiqlənib.   Sfera.az TASS-a istinadən xəbər veri...

Masazırda 25 vətəndaş təxliyə edildi - VİDEO

İntensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb.    Sfera.az xəbər verir ki, bu barəd...

65 yaşına çatmış bəzi diplomatların xidmət müddəti uzadıla bilər

Azərbaycanın 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti hər dəfə bir ildən çox olmayaraq beş ilədək uzadıla bilər.   Sfe...

Mənbic AZAD EDİLDİ - PKK/YPG terrorçuları mövqelərini itirir

Surayada bir neçə gündür ki, davam edən hərbi əməliyyatlar çərçivəsində Suriya Milli Ordusu (SMO) Mənbicin qərbindəki Ureyme qəsəbəsi və şimaldakı Um Dadat kənd...

Vanda Nara barəsində istintaq başladıldı

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara barəsində istintaq başladılıb.   Sfera.az xəbər verir ki, o gəncl...

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb. &n...