İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
18:15 / 17.12.2018
4673
2018-ci ilin ən yaxşı gənc futbolçusunun adı bəlli olub.
Sfera.az xəbər verir ki, bu mükafata Hollandiyanın "Ayaks” klubunun müdafiəçisi Matteys de Liqt layiq görülüb. O, 2018-ci il üçün Golden Boy mükafatının qalibi olub.
Tuttosport tərəfindən təqdim edilən mükafat ilin ən yaxşı gənc (21 yaşa qədər) futbolçusu üçün nəzərdə tutulub.
19 yaşı olmasına baxmayaraq de Liqt Ayaksın kapitanıdır və Hollandiya millisinin heyətində artıq 13 oyun keçirib.
O, Castin Klyuvert , Trend Aleksander-ArnoldVinisius və Patrik Kutroneni qabaqlayıb.
Xatırladaq ki, ötən il mükafatın qalibi Kilian Mbappe olmuşdu.