DİM-də TOEFL IBT və SAT imtahanları keçiriləcək

DİM-də TOEFL IBT və SAT imtahanları keçiriləcək
Dövlət İmtahan Mərkəzində (DİM) mayın 19-da növbəti TOEFL IBT və SAT imtahanları keçiriləcək.

DİM mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, imtahanlar Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
 
TOEFL IBT imtahanı saat 09:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər  saat 08:15-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna mənsub olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
 
SAT imtahanında iştirak edəcək şəxslər isə saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).
TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün  //dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.
 
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/sat/
 


OXŞAR XƏBƏRLƏR

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...

Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görü...

Azərbaycanlı iş adamı Türkiyədə 4 milyon avroya klub aldı - FOTO

Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini 4 milyon avroya alan azərbaycanlı iş adamının adı açıqlanıb.   Sfera.az tel...

Bu ölkədə güclü zəlzələ - Sunami təhlükəsi elan olundu

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Se...