Atasını İsrailə müalicəyə aparan azərbaycanlı brilyant oğurladı
Hadisə
21:35 / 10.05.2018
4174
23 yaşlı azərbaycanlı turist mayın 9-da İsrailin Bat-Yame bölgəsində saxlanılıb. O, 900 min şekel (251 min dollar) dəyərində brilyantı oğurlamaqda ittiham olunur.
İsrail KİV-i xəbər verir ki, araşdırmalara əsasən, o, brilyantları Təl-Əvivdəki valyutadəyişmə məntəqəsindən oğurlayıb.
Hadisədən bir gün əvvəl valyutadəyişmə məntəqəsinin rəhbəri polisə müraciət edərək, brilyantla dolu kisənin oğurlandığını bildirib. Araşdırmaya başlayan polis təhlükəsizlik kameraları vasitəsilə oğrunun kimliyini müəyyən edə bilib.
Məlum olub ki, azərbaycanlı turist atasını müalicə üçün İsraildəki "İxilov” xəstəxanasına gətirib.