Su şüşəsinin üzərində bu işarələr yoxdursa, almayın! - XƏRÇƏNG TƏHLÜKƏSİ

Su şüşəsinin üzərində bu işarələr yoxdursa, almayın! - XƏRÇƏNG TƏHLÜKƏSİ
Su şüşələrinin, yaxud da, plastik qabların altında yazılan kodlar insan sağlamlığı üçün olduqca böyük əhəmiyyət daşıyır. Qablaşdırmalarda bu kodların olmaması həmin məhsulun səhhətiniz üçün ciddi təhlükə mənbəyi olduğunu göstərir. 

Tez-tez aldığımız bu məhsulların üzərindəki kodlar hansı mənanı daşıyır?

PET, yaxud PETE 

Plastik qabın üzərində bu sözlər yazılıbsa, deməli bir dəfədən artıq isitfadə zamanı suya ağır metallar ve çeşidli kimyəvi maddələr qarışır. Nəticədə həmin məhsulun istehlakçısında hormonal pozğunluq baş göstərir.

HDP, yaxud da HDPE

Daha çox süd, yuyucu vasitələr, yağ məhsullarının qablaşdırılmaları, oyuncaq və plastik torbaların emalında istifadə olunan HDPE, yaxud da HDP yazılan qablaşamalarda suya hər hansı kimyəvi maddə qarışmır. Mütəxəssislər də istehlakçılara üzərində bu kod yazılan məhsulları almağı tövsiyə edir. 

PVC, yaxud  V

Bu kodlar daha çox maye məhsullar deyil, digər qida məhsullarının üzərində olur. İstifadəsi tövsiyə olunmur.

LDPE

Üzərində bu kod yazılan qablaşmalar suya kimyəvi qatqı keçirməsə də, su şüşəsi olaraq istifadəsi qadağandır. 

PP

Yüksək hərarətə qarşı daha mühafizəkar olan bu cür qablaşmalar hətta qızdırıldıqda belə ərimir. PP kodu eyni zamanda  qidada yağlanma və rütubəti əngəlləmək baxımdan da idealdır.  

PS

PS kodlu istehlak məhsulları daha çox ucuz olması ilə diqqət çəkir. Qızdırıldığı zaman xərçəng xəstəliyi yarada biləcək təsirə malikdir. Bu səbəbdən uzun müddətli istifadə üçün tövsiyə olunmur. 

PC və digərləri

Üzərində bu kod yazılan istehlak məhsulları ən təhlükəli qablaşmalar hesab edilir. Təkrar istifadəsi isə mümkünsüzdür.  Tərkibində BPA (Bisphenol A) istifadə edildiyi üçün qida qablaşdırılması kimi tövsiyə olunmur. 

Dünya Səhiyyə Təşkilatı üzərində üçbucağın içərisində 3 və 7 rəqəmi yazılan qablardakı məhsulların istehlakını tövsiyyə etmir. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - VİDEO

ATV-nin efirində müğənnilər arasında gərginlik yaşanıb.   Publika.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan müğənni Bəturə Hüseynova ilə ...

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...