Paşinyan istefa verəcəyi vaxtı açıqlayıb

Dünya
21:58 / 05.05.2018
6835
Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyan bəyan edib ki, baş nazir seçiləcəyi təqdirdə milli razılaşma hökuməti təşkil edəcək.
Sfera.az Oxu.Az-a istinadən verdiyi xəbərə əsasən, onun sözlərinə görə, Nazirlər Kabinetinin gələcək tərkibi ilə bağlı bir neçə variant var:
"Lakin seçim siyasi vəziyyətdən asılı olacaq. Demokratik, düzgün seçkilər üçün tam şərait yaradığı zaman istefa verəcəyəm”.