Tramp idarəçiliyi 90 min honduraslını deportasiya edir

Tramp idarəçiliyi 90 min honduraslını deportasiya edir
ABŞ-da yaşayan 90 min honduraslı deportasiya təhlükəsi ilə üz-üzə qalıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 1998-ci ildən bəri müvəqqəti mühafizə statusu ilə yaşayan 90 min honduraslıya ölkəni tərk etmək, yaxud yaşamaq haqqında statuslarını düzəltmələri və lazımi sənədləri toplayıb müvafiq qurumlara təqdim etmələri üçün 18 ay vaxt verib.

Trampın hakimiyyət başına keçməsindən sonra qəbul etdiyi qərarla deportasiya təhlükəsi qarşısında qalan insanların sayı 450 minə çatıb.

Qeyd edək ki, Tramp idarəçiliyi daha öncə də 250 min el salvadorlu, 60 min haitili, 15 min nepallı və 5 min nikeraqualıya ölkəni tərk etmələri üçün vaxt vermişdi.

OXŞAR XƏBƏRLƏR