Dünya silkələnir: 24 saatda 3 zəlzələ

Dünya silkələnir: 24 saatda 3 zəlzələ
Bir gün içərisində dünyanın müxtəlif bölgələrində 3 zəlzələ hadisəsi baş verib. 

Sfera.az xarici mediaya istinadən bildirir ki, əvvəlcə Tayvanda 5.5 bal gücündə zəlzələ olub. 

Daha sonra isə Sakit okeandakı Mariana adalarında daha güclü - 7 bal gücündə zəlzələ baş verib. 

Sonuncu zəlzələ xəbəri isə İrandan gəlib. Belə ki, ölkənin cənub qərbindəki Siseht şəhərində 5.2 bal gücündə zəlzələ olub.
 
Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamada zəlzələnin yerli vaxtla 08:38-də baş verdiyi bildirilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. 

Lalə Nəsirova

Sfera.az


OXŞAR XƏBƏRLƏR