Azərbaycanda tibbi sığorta ilə bağlı YENİLİK

Azərbaycanda tibbi sığorta ilə bağlı YENİLİK
İcbari tibbi sığorta təşkilatının təsnifatı və tibbi sığorta sistemi ilə bağlı məsuliyyət şərtləri ağırlaşdırılır.

Sfera.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə "Tibbi sığorta haqqında” qanuna dəyişiklik təqdim olunub.

Layihədə qanunun 12-ci maddəsinə təklif edilən dəyişikliyə görə, icbari tibbi sığorta təşkilatının dövlət orqanı yox, qurum adlandırılması təklif edilir.anunun 16-cı (Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti) maddəsi isə dəyişdirilərək belə verilir: "Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.

Bəndin hazırda qüvvədə olan variantı belədir: "Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyaları tətbiq edilir. Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir”.

Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...