Göyərti ilə bağlı alimlərdən yeni İDDİA

Göyərti ilə bağlı alimlərdən yeni İDDİA
Yaşıl tərəvəzlər yaddaş və digər koqnitiv funksiyaları saxlamağa kömək edərək beyin qocalması prosesini ləngidir. ABŞ-dakı Raş Universitetinin tibb mərkəzi mütəxəssislərinin gəldiyi qənaət belədir.

Sfera.az "Phys.org” saytına istinadla xəbər verir ki, tədqiqatda orta yaşı 81 olan 960 nəfər yaşlı insan arasında onların nə ilə qidalanmaları barədə sorğu keçirilib. Könüllülər hər il koqnitiv qabiliyyətləri - diqqət, yaddaş və təfəkkürü yoxlayan testləri yerinə yetiriblər. Alimlər tədqiqatda iştirak edən könüllüləri tərəvəzlərlə qidalanmaya görə beş qrupa bölüblər və hər gün 1,3 pay göyərti yeyənlərlə ən az göyərti yeyənləri müqayisə ediblər.

Bütövlükdə hər il bütün iştirakçıların zehni qabiliyyəti 0,08 standart vahidə enirdi. Ancaq hər gün çox göyərti yeyənlərdə beyin qocalması əlamətləri daha az olub. Tədqiqatın yekunlarına görə, onlar heç tərəvəz yeməyənlərdən 11 il daha cavan qalıblar.
 


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...