Şeyxülislam:"Ölkəmizdəki əmin-amanlığa şükür etməliyik"

Gündəm
12:38 / 14.02.2018
1135
"Bu gün Yaxın Şərqdə, ümumiyyətlə, ətrafımızda baş verən hadisələrə baxanda ölkəmizdəki əmin-amanlığa şükür etməliyik. Bu əmin-amanlığın sükanı arxasında prezident İlham Əliyev dayanıb".
Sfera.az bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ölkədəki dini icmaların təmsilçiləri ilə keçirdiyi görüşdə bildirib. O qeyd edib ki, xalq bu məqamı diqqətdən qaçırmamalıdır: "Ətrafda baş verən qanlı-qadalı hadisələrin içində Azırbaycandakı əmin-amanlığı qiymətləndirməliyik, İlham Əliyev cənablarının ətrafında sıx birləşməliyik. Bu əmin-amanlığı elə öz həyatımız, rifahımız naminə qiymətləndirib, qoruyub saxlamalıyıq".(APA)