Bu dəfə millət vəkili yatdı - YAP-ın müşavirəsində - FOTOLAR

10:44 / 12.02.2018
4072
Baş
nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun sədrliyi
ilə keçirilən partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika
müşavirəsində 73 yaşlı millət vəkili Hüseynbala Mirələmov yatıb.
Sfera.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri olan Hüseynbala Mirələmovun müşavirədə çıxışlar zamanı mürgüləməsi diqqətdən yayınmayıb. Həmin an kameralara tuş gəlib.
Qeyd edək ki, həmin müşavirə aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə həsr edilib.
Həmin görüntünü sizə təqdim edirik:
Aydan Lətifova