Pensiyalar nə qədər artdı? — Hesablama qaydası

Pensiyalar nə qədər artdı? — Hesablama qaydası
 Xəbər verdiyimiz ki, Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
 
Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, əhalinin 2017-ci il üzrə gəlirlərinin nə qədər artdığı ilə bağlı yekun rəqəmlər açıqlanmadığı üçün pensiyaların nə qədər artdığı hələlik dəqiq bilinmir.

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, artımın 6,5- 7 faiz civarında olacağı gözlənilir:

"Bu vaxta qədər təqaüdlərin baza hissəsi indeksləşdirilirdi. Yəni, ölkədə yanvarın 1-nə qədər hansı inflyasiya səviyyəsi olurdusa, baza hissəsi də o qədər indeksləşdirilirdi.
Keçən ilin sonunda bu qaydalar dəyişdirildi. Artıq təqaüdlərin sadəcə baza hissəsinin yox, tamamının artırılması ilə bağlı qərar verildi. Yəni əhalinin nominal gəliri hansı səviyyədə olacaqsa, o qədər indeksləşəcək”.

N.Cəfərli qeyd edib ki, ötən ilin 11 ayına görə, əhalinin gəlirləri 6,5 faiz artıb. Doğrudur, hələ yekun rəqəm açıqlanmayıb, amma bunun 6,5- 7 faiz civarında olacağı gözlənilir:

"Obrazlı desək, 150 manat təqaüd alan şəxsin pensiyasına təqribən 10,50 manat artım gözlənilir. Yəni kim nə qədər pensiya alırsa, həmin rəqəm əhalinin gəlirlərinin faizinə (6,5- 7 faiz olacağı gözlənilir) vurulacaq”.



OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...