Nazirlik Şamaxıda palçıq vulkanının püskürdüyü əraziyə baxış keçirib

Nazirlik Şamaxıda palçıq vulkanının püskürdüyü əraziyə baxış keçirib
 Şamaxı rayonunda əvvəllər bir neçə dəfə püskürmüş palçıq vulkanı yenidən aktivləşib. 

Sfera.az xəbər verir ki, bu barədə "Report-a Şamaxı Rayon İcra Hakimiyyətinin Quşçu kənd ərazi vahidliyi üzrə icra nümayəndəsi Bəşir Bəhrəmov məlumat verib. 

İcra nümayəndəsi bildirib ki, gecə saatlarında Quşçu kənd yaşayış massivindən 150-200 metr kənarda, əvvəllər də bir neçə dəfə püskürmüş palçıq vulkanı yenidən aktivləşərək, təxminən, 2-3 metr yüksəkliyə püskürüb və 1 hektara yaxın əraziyə yayılıb: "Təbiət hadisəsi zamanı hər hansı bir ziyan çəkən olmayıb, əkin sahələrinə və təsərrüfata zərər dəyməyib".

B.Bəhrəmov əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə baxış keçirib və təhlükəli vəziyyət qeydə alınmayıb. Vulkanın baş verdiyi ərazidə qaz iyi müşahidə olunmayıb və vulkan sabitləşib.

Qeyd edək ki, analoji hadisə sonuncu dəfə 3 il əvvəl olub.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...