Yüzlərlə yol polisi cəzalandırılıb

Yüzlərlə yol polisi cəzalandırılıb
 Yol polisi əməkdaşlarının vətəndaşlara qarşı kobud davranışları son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Bununla bağlı vətəndaşlar tərəfindən tez-tez sosial şəbəkələrdə video-görüntülər paylaşılır.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
Bəs, vətəndaşları narazı salan, onlarla kobud davranan DYP əməkdaşları ilə bağlı hansı tədbirlər görülür? Məsələn, son bir ildə neçə nəfər yol polisi bu cür davranışlarından dolayı cəzalandırılıb?

Sfera.az xəbər verir ki, bununla bağlı Sputnik Azərbaycan-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu cür hallara qarşı intensiv mübarizə aparılır.

"2016-cı ildə 712 nəfər Dövlət Yol Polisi əməkdaşı sürücülərin hüquqlarını pozduğuna, kobud rəftara yol verdiyinə və digər səbəblərə görə intizam qaydasında cəzalandırılıb. Həmin müddətdə 43 nəfər xidmətdən xaric olunub, 9-u tutduğu vəzifədən azad edilib, 660 əməkdaşa isə digər intizam tənbehləri verilib” — K.Əliyev bildirib.

Cari ilin rəsmi statistikasına gəldikdə isə, şöbə rəisi diqqətə çatdırıb ki, 2017-ci ilin statistikası ilin yekununda müəyyən olunacaq.

OXŞAR XƏBƏRLƏR

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...

Hərbi təyyarə qəzaya uğradı: Pilotlar öldü

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, Racastan əyalətində təlim təyyarəsinin qəzaya uğra...

"Ermənistanın bu davranışı qeyri-dost addımıdır" - Rusiya XİN

“Rusiya rus vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost addım kimi qiymətləndirir”.    Sfera.az rus mediasına i...

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə GETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.   Sfera.az xəbər verir ki, Əbu-Dabi...