Azərbaycanın 1 şəhər və 13 rayonunda yaşayış məntəqələrinin adları dəyişdirilir (SİYAHI)

Azərbaycanın 1 şəhər və 13 rayonunda yaşayış məntəqələrinin adları dəyişdirilir (SİYAHI)
Azərbaycan Milli Məclisi yanında Toponimiya Komissiyasının növbəti iclası keçirilib.

Sfera.az "Report”a istinadən xəbərinə görə, komissiyanın sədri, İsa Həbibbəyli bildirib ki, ölkənin 1 şəhərindən və 13 rayonundan bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra hakimiyyətlərinin müraciətləri Toponimiya Komissiyasına daxil olub.

Həmin müraciətlərdə, həmçinin addəyişmə məsələsi ilə bağlı yerli əhalinin keçirdiyi yığıncaqların protokollarında bu komissiyadan ümumilikdə 27 yaşayış məntəqəsinin adının dəyişdirilməsi təklifinə rəy verilməsi xahiş olunub.

Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsi və inkişafına, saflaşdırılması və zənginləşdirilməsinə göstərilən dövlət qayğısından söz açan İ.Həbibbəyli Azərbaycanda bu istiqamətdə müxtəlif qurumlarda görülən işlərdən bəhs edib. O bildirib ki, yer adları ya tarixi adın, ya da yerli toponimin bərpası prinsipi ilə dəyişdirilə bilər.

Sonra iclasda Yevlax şəhərindəki, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Masallı, Oğuz, Saatlı, Samux və Şəmkir rayonlarındakı bəzi yaşayış məntəqələrinin adının dəyişdirilməsinə dair təkliflərə baxılıb. İşgüzar müzakirələrdə dilçi alimlər, Toponimiya Komissiyasının üzvləri, deputatlar ətraflı fikir mübadiləsi aparıblar. Əsasən çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində dəyişdirilmiş yer adlarının əvvəlki tarixi adlarla əvəzlənməsi, həmçinin XX əsrdə sovet ideologiyasının daşıyıcısı olan şəxslərin adları ilə adlandırılmış məntəqələrin yerli toponimlərlə adlandırılması məqsədəuyğun sayılıb. Bir təklif yenidən baxılmaq üçün müvafiq icra hakimiyyətinə qaytarılıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...

Hərbi təyyarə qəzaya uğradı: Pilotlar öldü

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, Racastan əyalətində təlim təyyarəsinin qəzaya uğra...