\"Neftin qyməti 2020-ci ilədək 65 dolları keçməyəcək\"

\
 Geosiyasi şokların baş verməməsi durumunda dünya bazarında "Brent" markalı neftin qiyməti 2020-ci ilə qədər 65 dolları ötməyəcək.

"Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "Citibank" investisiya bankının analitikləri Londonda keçirilən media sammitdə bildiriblər. 
Bu həddin dayanıqlı olaraq keçilməsi isə ABŞ-da şist neft hasilatını stimullaşdırır, digər tərəfdən, OPEC+ ölkələrini hasilatın azaldılması anlaşmasından çıxmağa sövq edir.

"Citibank"ın analitikləri qeyd ediblər ki, OPEC+ anlaşması sayəsində qlobal neft ehtiyatları gözləniləndən daha sürətlə azalmağa başlayıb. Lakin 65 dollar/barel səviyyəsi ABŞ-da şist neft hasilatçılarının hasilatı 3-6 ay ərzində artırmasına səbəb ola bilər. "Buna görə də, 2017-ci ildə neft qiymətlərinin orta həddinin 54-55 dollar/bareldə sabitləşməsi, 2018-cu ildə, təxminən, orta qiymətlə bu səviyyəyə yaxın olması, 2019-ci ildə isə volatillik proqnozlaşdırılır. Belə ki, 2019-cu ildə neft bazarında yenidən izafi neft təklifi yarana və qiymətlər 50 dollar/bareldən aşağı enə bilər", - deyə analitiklər əlavə ediblər.

OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...