Müdafiə Nazirliyi: Ermənistan sərhəddə təxribat törədib

Gündəm
17:15 / 02.11.2017
1033
Noyabrın 2-si saat 12:30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.
MN-dən Sfera.az-a verilən məlumata görə, təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.