Azərbaycanda bir neçə iri şirkət yaradıldı

Azərbaycanda bir neçə iri şirkət yaradıldı
 

Azərbaycanda eyni ünvanda qeydiyyatda olan şəxs bir neçə iri şirkət yaradıb.

  "Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana bildirilir ki, "Şəki Ət və Süd Məhsulları” MMC dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 9,028 mln. manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Asif Məhəmmədovdur. Şirkətin Müşahidə Şurasına Orxan Mədətli, Sənan Piriyev, Vüqar Yaqubov daxildir.

Bundan başqa, nizamnamə kapitalı 21 mln. 577,5 min manat olan "Şəki Kərpic İstehsalı” MMC də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Tahir Alıyevdir. MMC-nin Müşahidə Şurasına Vüqar İbrahimli, Fəxrəddin Gəncəmalıyev, Ağamir Babayev daxil olub.

"Şəki Heyvandarlıq” MMC də dövlət qeydiyyatından keçib. Şirkətin nizamnamə kapitalı 18 mln. 415,5 min manat, qanuni təmsilçisi isə Elşən Ağalarovdur. MMC-nin Müşahidə Şurası Rauf Qarayev, Vüqar Yaqubov, Samir Osmanovdan ibarətdir.

Dövlət qeydiyyatına alınan "Mingəçevir İzolit” MMC-nin nizamnamə kapitalı isə 14,855 mln. manatdır. Şirkətin qanuni təmsilçisi İsmayıl Məmmədovdur. MMC-nin Müşahidə Şurasına isə Hidayət Sultanov, Rəşid Məmmədov, Ağababa Muradov daxildir.

Vergilər Nazirliyinin qeydiyyata aldığı şirkətlərdən biri də nizamnamə kapitalı 30 mln. 111,978 min manat olan "Azərtütün” MMC-dir. Şirkətin qanuni təmsilçisi Fazil Rüstəmovdur. MMC-nin Müşahidə Şurasının üzvləri Nəcbəddin Sofiyev, Hidayət Sultanov, Məhəmmədəli Əfəndiyevdir.

"Şəki İpək İstehsalı” MMC də adları yuxarıda qeyd edilən şirkətlərlə yanaşı dövlət qeydiyyatından keçib və onun nizamnamə kapitalı 37,550 mln. manatdır. Şirkətin qanuni təmsilçisi Nizami Qəribovdur, Müşahidə Şurasına isə Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov daxildir.

"Azərpambıq” MMC-nin nizamnamə kapitalı isə 82 mln. 343,854 min manat təşkil edib. Şirkətin qanuni təmsilçisi Tural Eyvazovdur. MMC-nin Müşahidə Şurasının üzvləri Vüqar Yaqubov, Məhəmmədəli Əfəndiyev, Zakir Əzimovdur.

Adları yuxarıda qeyd edilən şirkətlərin hər biri iyulun 17-də qeydiyyatdan keçib. Şirkətlərin hüquqi ünvanları eynidir: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033.


OXŞAR XƏBƏRLƏR

Bakıda bu marşrutun avtobusları yeniləndi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qa...

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...

Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görü...

Azərbaycanlı iş adamı Türkiyədə 4 milyon avroya klub aldı - FOTO

Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini 4 milyon avroya alan azərbaycanlı iş adamının adı açıqlanıb.   Sfera.az tel...