Gürcüstanda yaralanmış azərbaycanlı silahlı insident barədə danışdı

Gürcüstanda yaralanmış azərbaycanlı silahlı insident barədə danışdı
 Gürcüstanın Marneuli rayonunda dünənki silahlı insident zamanı yaralanmış və artıq xəstəxanadan evə buraxılmış azərbaycanlılardan biri hadisə ilə bağlı danışıb.
Sfera.az APA-ya istinadən məlumatına əsasən, Elmar Hüseynovun sözlərinə görə insidentdən öncə heç bir hədə-qorxu olmayıb. İnsident zamanı heç nə görmədiyini qeyd edən azərbaycanlı atəş açılan zaman namizəd Ceyhun Çovdarov və tərəfdaşlarının görüş keçirdiyini qeyd edib. O, yalnız xəstəxanada digər şəxslərin də yaralandığı barədə məlumat alıb.

Xatırladaq ki, dünən naməlum şəxslər hakim "Gürcü Arzusu” partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarov və onu müşayiət edən 4 nəfərə atəş açıblar. Onların hamısı güllə yarası alıb. Hadisə "Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında baş verib. Gürcüstan DİN faktla bağlı istintaq aparır.

Hazırda C. Çovdarovun vəziyyəti ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub. Xəsarət almış iki şəxs evə buraxılıb, digər şəxslərin vəziyyəti isə stabildir.

OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...