Qarğıdalı necə qaynadılır?

Qarğıdalı necə qaynadılır?
Qaynadılmış qarğıdalı yay aylarının ən əvəzolunmaz yeməklərindən biridir. Bəs qarğıdalı necə qaynadılır? Ümumiyyətlə küçədə yeməyə öyrəşdiyimiz qaynadılmış qarğıdalını yumşaq edə bilmək üçün nələrə diqqət etməliyik?
Sfera.az deyerler.org-a istinadən bildirir ki, qarğıdalını necə qaynatmaq lazımdır sualına keçməzdən əvvəl, yaxşı bir qarğıdalını necə seçməyimizi öyrənməliyik.
 
Yaxşı bir qarğıdalını seçmənin ən yaxşı yolu qarğıdalı dənələrini əlinizlə sıxın. Yaxşı bir qarğıdalı yumşaq olmalıdır və əlinizlə qarğıdalı dənələrini sıxdığınızda parçalanacaq. Bunun üçün qarğıdalı alanda mütləq diqqət edin.
 
Qarğıdalını seçdikdən sonra, keçək ən mühüm məsələyə. Qarğıdalı necə qaynadılır?
 
Qarğıdalını qaynatmaq üçün:
 
1. Seçdiyiniz qarğıdalını yarpaqlarından ayırın. Yarpaqları atmayın.
 
2. Qarğdalını qapağında deşik olan qazana yerləşdirin. Boyu uzun olan qarğıdalıları isə iki hissəyə bölün.
 
3. Qarğıdalıdan ayırdığınız yarpaqları da qarğıdalının arasına yerləşdirin.
 
4. Qarğıdalıların üzərinə iki barmağı keçəcək qədər su əlavə edin.
 
5. Qazanın qapağını bağlayın və sobanı yandırın.
6. Ən azı 1 saat bişirin.
 
Qarğıdalını daha gözəl və ləzzətli vəziyyətə gətirmək üçün sizə lazım olan məsələlər:
 
Əvvəlcə bunu bilməlisiniz ki, qarğıdalını qaynatmaq vaxt tələb edir. Ən azı 1 saat ərzində suda qaynamalıdır. Əks təqdirdə qarğıdalı dənələri sərt qalacaq və yeyəndə çətinlik çəkəcəksiniz. Qarğıdalının qaynadılmasında mühüm nöqtələrdən biri də, qarğıdalının qaynadılan vaxt suyuna duz atmamaqdır. Atılan duz qarğıdalının bişmə müddətini uzadacaq. Əgər qarğıdalını duzlu sevirsinizsə, yeyəndə duz əlavə edin.
 
İstəsəniz qarğıdalı qaynayanda bir çay qaşığının ucu qədər şəkər əlavə edə bilərsiniz. Bu həm qarğıdalıya dad verir, həm də yumşaldır.
 
Qaynadılmış qarğıdalının faydaları saymaqla bitmir.
1. Xərçəngdən qoruyur.
2. Hamiləlik üçün faydalı qidadır.
3. Ürək sağlamlığı üçün əhəmiyyətlidir.
4. Alzheimerin qarşısını almaq təsirinə malikdir.
5. Enerjini artırır.
6. Xolesterini aşağı salır.
7. Çəkini azaltmağa kömək edir.
8. Diabet və hipoertoniyanın (yüksək təzyiq) qarşısını alır.
9. Gözlərin sağlamlığına müsbət təsir edir.

OXŞAR XƏBƏRLƏR

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.   Sfera.az xəbər v...

Çirkli corab və çürük ət iyi gəlir: Sidneydə nadir “cəsəd çiçəyi” böyük maraq doğurub - FOTOLAR

Avstraliyanın Sidney şəhərində nəsli kəsilməkdə olan və çiçək açdıqda çürüyən ət iyi verən nadir bitki çiçək açıb. Bu təbiət möcüzəsini görməyə 20 mindən çox in...

Bomba partlatmaqla muzeydən qızıl dəbilqəni qarət etdilər

Hollandiyanın Assen şəhərindəki Drents Muzeyində oğrular binanın kənarına partlayıcı yerləşdirdikdən sonra qədim Dacia krallığının qızıl sərgisindən bir neçə mü...

Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.   Sfera.az xəbər verir ki, bunu Uk...

Salyanda yük maşınında partlayış - Yaralılar var

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kən...

Okean sahilinə minlərlə sirli qara şarlar vurulub: Nə olduğunu heç kim anlaya bilməz

Avstraliya sahillərində yenidən minlərlə qara top tapılıb. Təxminən üç aya yaxındır ki, alimlər Yeni Cənubi Uels sahillərində sirli qara kürələrin peyda olduğun...