Əgər adam Quran oxumağı bacarmırsa, evdə Quran saxlaması günah sayılırmı?

Əgər adam Quran oxumağı bacarmırsa, evdə Quran saxlaması günah sayılırmı?

Quran elə bir kitabdır ki, müsəlman həmişə ona müraciət etməli, əməllərini onunla ölçməli, ondan mənəvi güc almalıdır. Lakin təəssüf ki, bəzən Qurani-kərimin evlərdə yalnız bir dini atribut kimi saxlandığının, ipək parçaya bükülüb əldən uzaq hündür bir yerdə qoyulduğunun şahidi oluruq. Bu cür ailələrdə Quranı yalnız toyda və ya uzaq səfərə gedəndə salamatlıq üçün altından keçmək və hüzr məclisində oxumaq üçün saxlayırlar. Hədislərdə buyurulur ki, qiyamət günündə bu cür istifadəsiz qalıb toz basmış Quranlar Allaha şikayət edəcək.

Sfera.Az islam.az-a istinadən bildirir ki, Quranı oxuya bilən şəxs gərək heç olmazsa, hər neçə vaxtdan-bir onu açıb bir-iki səhifə oxusun, mənası barədə düşünsün. Özü ərəbcə oxuya bilməyən adam bunu bacaran bir şəxsi evə dəvət edib, ona Quran oxutdura bilər. Bu zaman əgər Quran oxuyan adam mənasını bilirsə, söyləyər. Əgər mənasını bilmirlərsə, Quranın dilimizə tərcüməsini açıb həmin hissənin mənasını ordan öyrənə bilərlər. Bu yolla həm müqəddəs kitabı ərəbcə oxumaq tövsiyəsinə əməl edər, həm də onun əbədiyaşar hikmətləri ilə tanış olarlar.


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...