Bakıda satışa gəmilər çıxarılır: qiymət 10 min manatdan başlayır

Bakıda satışa gəmilər çıxarılır: qiymət 10 min manatdan başlayır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 28-də növbəti hərrac keçirəcək.

Sfera.az  fins.az-a istinadən xəbər verir ki, həmin gün kiçik müəssisə və obyektlər, avtomobillərlə yanaşı, gəmilər də satışa çıxarılacaq.

Həmin gəmilərdən biri "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə, digəri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsusdur. Onlar 1967 və 1970-ci illərdə istehsal edilib.

Gəmilərdən ən ucuzunun ilkin satış qiyməti 10 min manat müəyyən edilib. Ən bahası isə 30 min manata satılacaq. Hərracda iştirak etmək istəyən şəxslər həmin əmlakların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

 

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Gəmilərin siyahısı ilə buradan tanış ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

“Uber Azərbaycan” 25 min manat CƏRİMƏLƏNDİ – RƏSMİ

Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulmasına qarşı mübarizə aparılır.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorlu...

Baqerinin qızı da həlak olub - FOTO

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin qızı, "Defa Press" agentliyinin əməkdaşı Fereşte Baqeri, bu səhər İsrailin Tehrana end...

İsrailin şimalında hava həyəcanı siqnalı: 2 PUA vuruldu

İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı siqnalları səslənib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kana...

Həcc ziyarətindəki zəvvarlarımızın ölkəyə qayıdışı necə TƏŞKİL OLUNACAQ? – QMİ-dən AÇIQLAMA

“Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir...

KİV: İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək

İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır.   Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yük...

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları ...