“07” ilə toqquşan motosikletçi öldü


“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Kamil Abdullayev xəstəxanada ölüb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR