Bakıda yanğın: 22 nəfər təxliyə edildi - VİDEO


Bakıda yanğın: 22 nəfər təxliyə edildi - VİDEO

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayış binasında yanğın olub.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallara Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində ümumi sahəsi 46kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10kv.m sahədə yanıb.

 

Təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

 

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

 


OXŞAR XƏBƏRLƏR