Krımda DƏHŞƏT – Şir zoopark sahibini belə parçaladı – ANBAAN VİDEO

Krımda DƏHŞƏT – Şir zoopark sahibini belə parçaladı – ANBAAN VİDEO

Krımda yerləşən “Tayqan” adlı safari-zooparkın sahibi və Rusiya ilə əməkdaşlıq edən tanınmış kollaborant Oleq Zubkovu zooparkdakı şirlərdən biri ağır yaralayıb. 

 

Sfera.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, hadisə Zubkovun şirlərin qəfəsinə daxil olmasından sonra baş verib.


Belə ki, Şir qəfildən hücum çəkərək onu dişləyib. Zubkov dərhal xəstəxanaya çatdırılıb və hazırda reanimasiyadadır.
 

Hazırda onun vəziyyəti barədə rəsmi açıqlama verilməyib, lakin rusiya mənbələrinin yazdığına görə, o, ciddi zədələr alıb və həyatı üçün təhlükə qalmaqdadır.

 

Hadisə ictimaiyyət tərəfindən “ilahi ədalət” kimi şərh olunur — şirlə oynayan kollaborantın öz oyununun qurbanına çevrildiyi deyilir.

 


Qeyd edək ki, Oleq Zubkov Rusiya tərəfindən işğal olunmuş Krım ərazisində Kremlin təbliğatına dəstək verən şəxslərdən biri kimi tanınır. O, daha əvvəl də müxtəlif qalmaqallı davranışları ilə gündəmə gəlib. Xüsusilə, Rusiya ordusunun 2022-ci ildə Xersonu işğal etməsi zamanı oradakı zooparkdan bir sıra heyvanları, o cümlədən məşhur “Xerson yenotu”nu oğurlaması ilə ictimai qınağa tuş gəlmişdi.

 

Bu hadisə sosial şəbəkələrdə və mediada geniş şəkildə yayılaraq simvolik bir hadisəyə çevrilmişdi.
 

Xatırladaq ki, Zubkov əvvəllər də zooparkda təhlükəli heyvanlarla ehtiyatsız davranışına  təndiq olunub. Onun ziyarətçilərin gözü qarşısında şirlərin qəfəslərinə girməsi və bu heyvanlarla oynaması dəfələrlə müşahidə olunub. 





 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...