Oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada öldü

Oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada öldü

İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Talıstan kəndi ərazisində küçədə xəsarətlər alan 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizov ötən gün rayon xəstəxanasında vəfat edib.

 

Bildirilir ki, hadisə söyüş üstündə olub. Atasının sərxoş halda kənd sakinləri ilə mübahisə etməsindən və onları söyməsindən hiddətlənən 1994-cü il təvəllüdlü Kənan Əzizov ona zərbələr endirib.

 

Ağır xəsarətlər alan kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

K.Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.


OXŞAR XƏBƏRLƏR