Tramp PAYLAŞIM ETDİ: “İranın bütün nüvə obyektləri məhv edilib”

Tramp PAYLAŞIM ETDİ: “İranın bütün nüvə obyektləri məhv edilib”

“ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İranın yer altında yerləşən nüvə obyektlərinə maksimum zərər vurulub”.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb. 

 

Onun sözlərinə görə, peyk görüntüləri İranda bütün nüvə obyektlərinə genişmiqyaslı zərər vurulduğunu göstərib: “Burada “məhv edilib” ifadəsini işlətsək, daha dəqiq olar”.

 

Xatırladaq ki, iyunun 22-nə keçən gecə Tramp ABŞ qüvvələrinin İranda üç nüvə obyektinə - Fordo, Natanza və İsfahanda uğurla zərbə endirdiyini açıqlayıb. ABŞ lideri qeyd edib ki, Tehran münaqişənin başa çatdırılması ilə razılaşmalıdır.


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ! – BU TARİXƏDƏK…

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şi...

Sosial media fenomeni vəfat etdi - FOTO

Bir dövr sosial mediada tanınaraq məşhurlaşan "Çello Mustafa" ləqəbli Mustafa Anıl Yıldırım keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.  ...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

“Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məs...

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyin...

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOSU

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.   Sfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kosayev Tacir...