Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO


Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğunu və qəhvəyi Brahma toyuqundan əmələ gəldiyini deyir.
 

Sfera.az bildirir ki, ailə indi yumurtanı hərraca çıxarmağı planlaşdırır.

 

Qeyd edək ki, belə yumurtanın əmələ gəlmə şansı milyardda birdir.


“Bu, tamamilə gözlənilməz oldu və biz bu kiçik, mükəmməl formalı yumurtaya gülərək saatlarla vaxt sərf etdik. Biz bir xoruz və üç toyuqla başladıq və indi 19 quşumuz və çoxlu yumurtamız var. Amma heç vaxt belə bir şey görməmişdik" - deyə Coş bildirib.
 

Tədqiqatlar göstərir ki, yuvarlaq bir yumurtanın əmələ gəlmə ehtimalı milyardda birdir. Bu, tapıntını quş yetişdirənlər və kolleksiyaçılar arasında əsl sensasiya edir.


Ailə nadir yumurta ilə nə edəcəyinə hələ qərar verməyib, lakin onu hərraca çıxarmağı düşünür. Oxşar hal artıq mart ayında da baş vermişdi: Devondakı (Böyük Britaniya) fermada tapılan daha bir yumru yumurta auksionda 420 funt sterlinqə (təqribi-950 Azn) satılıb.


"Mən bir neçə hərrac evi ilə əlaqə saxlamışam, lakin yekun qiymətdə hələ qərara gəlməmişəm" - deyə Elkinqton əlavə edib.
 

Britaniya Yumurta Sənayesi Şurasının hesablamalarına görə, ölkədə hər il təxminən 12 milyard yumurta istehsal olunur və onlardan yalnız biri belə unikal ola bilər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...

Hərbi təyyarə qəzaya uğradı: Pilotlar öldü

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, Racastan əyalətində təlim təyyarəsinin qəzaya uğra...

"Ermənistanın bu davranışı qeyri-dost addımıdır" - Rusiya XİN

“Rusiya rus vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost addım kimi qiymətləndirir”.    Sfera.az rus mediasına i...