Bu şəxslər üçün ikinci ali təhsil pulsuzdur


Bu şəxslər üçün ikinci ali təhsil pulsuzdur

Azərbaycanda ali təhsilin forma və mərhələləri üzrə ikinci ali təhsil xüsusi yer tutur. Bu təhsil növü əvvəlki ixtisasından fərqli olaraq digər sahədə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. 

 

İkinci təhsil üçün şərtlər nələrdir?

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib:

 

"Qanunvericiliyə əsasən, ikinci təhsilə yalnız bakalavr diplomu olan şəxslər müraciət edə bilər. Ali təhsil müəssələrini bitirmiş şəxslərin ikinci ali təhsil almaq imkanı var. Yəni şərt olaraq ixtisasından asılı olmayaraq hər bir şəxs istədiyi universitetdə oxuya bilər. Bunun üçün may ayının 1-dən avqustun 30-na qədər həmin şəxslər portal.edu.az saytına daxil olaraq şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra isə lazım olan sənədləri portala yükləmək lazımdır. 

 

İkinci ali təhsil almaq 2 formatda həyata keçirilir. 

 

Birinci forma ondan ibarətdir ki, imtahan keçirilir. Bu imtahanı DİM keçirmir. Ali təhsil müəssəsinin özü keçirir. Digər üsul isə müsahibə üsulu ilə keçirilir. İmtahanlar daha çox BDU və NDU-da hüquq ixtisasında olur. Yəni bu ixtisasa daxil olmayaq istəyən şəxslər bakalavr təhsilindən asılı olmayaraq təhsil ala bilərsiniz". 

 

Ekspert qeyd edib ki, hüquq və tibb istinsa olmaqla istənilən ixtisasa müsahibə yolu ilə qəbul var. Lakin pedaqoji ixtisaslara ikinci təhsil şamil olunmur. İkinci təhsil yalnız ödənişli əsaslarla mümkündür. Yəni, hər hansı imtiyazlı təbəqə bundan istifadə edə bilməz.

 

"Yəni məcburi köçkün və ya digər imtiyazlı kateqoriyadan olan şəxslər ikinci ali təhsildən yaralana bilməzlər. Onlar yalnız DİM keçirdiyi imtahanlarda iştirak edərək ikinci, üçüncü təhsil belə alsalar, onlara təhsil pulsuzdur. Amma DİM olmadan portal vasitəsi ilə ali təhsil müəssəsinə müsahibə yolu ilə daxil olsalar bu zaman təhsil ödənişlidir". Milli.Az 

 


OXŞAR XƏBƏRLƏR

Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görü...

Azərbaycanlı iş adamı Türkiyədə 4 milyon avroya klub aldı - FOTO

Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini 4 milyon avroya alan azərbaycanlı iş adamının adı açıqlanıb.   Sfera.az tel...

Bu ölkədə güclü zəlzələ - Sunami təhlükəsi elan olundu

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Se...

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sab...

Əraqçi: "İsrail və ABŞ-nin İrana hücumları ağır nəticələrə gətirib çıxara bilər"

İsrail və ABŞ-nin İrana qarşı hərəkətləri təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ağır nəticələrə səbəb ola bilər.   Sfera.az-ın TASS-a is...

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində "Rosh l...