Sumqayıt icra başçısı sahibsiz heyvanları belə cəzalandırır - VİDEO 16 +

Sumqayıt icra başçısı sahibsiz heyvanları belə cəzalandırır -  VİDEO 16 +

Sumqayıt şəhərinin bir qrup sakini icra hakimiyyətini məhkəməyə verir.

Bu barədə Sumqayıt sakini Anar Süleymanov məlumat verib. Onun sözlərinə görə, icra hakimiyyətinin məhkəməyə verilməsinə səbəb sahibsiz itlərin günorta vaxtı şəhərin mərkəzi küçələrində işgəncə ilə öldürülməsidir: “Sahibsiz itlərin güllələnməsi ilə əlaqədar dəfələrlə şəhər icra hakimiyyətinə və əlaqədar təşkilatlara müraciət etmişik. İcra hakimiyyətində inzibati komisiyanın sədri və Zakir Fərəcovun müavini Sahib Quliyevə şəxsən müraciət olunub. Amma bu müraciətlərin heç bir nəticəsi olmayıb. Əksinə sahibsiz itlərin güllələnməsi faktları bir az da çoxalıb. İtləri düz şəhərin mərkəzində, şəhər icra hakimiyyətinin binasının qarşısında vururlar. Ən dəhşətlisi isə itləri heç bir təhlükəsizliyə əməl etmədən vururlar”. 

A.Süleymanov qeyd edib ki, edilən şikayətlərdən sonra itləri güllələyən Abuşov Mehmanla bağlı iki protokol yazılıb: “Birinci dəfə xəbərdarlıq edilib. Halbuki onu 500-600 manat cərimə etməli idilər. İkinci dəfə də protokol tərtib olunub, lakin sözügedən şəxsə heç bir cəza verilməyib. Bu, vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasıdır”. 

A.Süleymanov vurğulayıb ki, sahibsiz itlərin güllələnməsini görənlərin arasında uşaqlar da var və bu mənzərə onların psixologiyasına mənfi təsir edir: “Uşaqlardan əlavə, insanlara da pis təsir edir. Bir dostum var, balaca qızı ilə şəhərdə gəzirmiş. Həmin anda itləri güllələyib və onları qan içində maşına atıblar. Bəzilərinin isə meyitlərini küçənin ortasında qoyub gedirlər. Uşaq bu mənzərəni görəndən sonra xəstələnib. Bu, böyük problemdir. Uşaqların psixoloji probleminin pozulması pis nəticələrə gətirə bilər”.  /aznews

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhərrəm ayı nə vaxt başlayır? - QMİ fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.   Sfera.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli n...

Bakıda bu marşrutun avtobusları yeniləndi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qa...

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...

Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görü...