"Musiqi müəllimlərinin attestasiyanın keçirilməsi zəruridir" - Minaxanım Babayeva

"Musiqi müəllimlərinin attestasiyanın keçirilməsi zəruridir" - Minaxanım Babayeva

2025-ci ilin fevralın 28-dən martın 19-na qədər Bakı və Abşeron-Xızı Regional İdarələr üzrə fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin attestasiyası keçirilib. Attestasiyada 1700 müəllim iştirak edib. Komissiya üzvlərindən olan dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Minaxanım Babayeva fortepiano müəllimləri üzrə komissiyanın sədri olub.

 

M.Babayeva attestasiya prosesi ilə bağlı Sfera.az saytına müsahibə verib. 

 

- Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası prosesini necə qiymətləndirirsiniz? Proses necə keçdi?


- Attestasiya prosesi yüksək səviyyədə təşkil olunmuşdur. Proses şəffaf formada həyata keçirildi. Attestasiyada iştirak edən müəllimlər cavablarına uyğun olaraq qiymətləndirilirdilər. Attestasiya prosesinin keçirilməsini yüksək qiymətləndirirəm və düşünürəm kifayət qədər vacib faktor idi.


- Attestasiyada daha çox müşahidə etdiyiniz məqamlar nələrdən ibarət idi? Ümumiyyətlə, bu attestasiyaya zərurət var idi? 

 

- Attestasiyanın keçirilməsi zəruridir. Bəzi musiqi məktəblərində vəziyyət heç də ürək açan deyildi. Ən çox mənfi nüanslardan biri də kifayət qədər iş təcrübəsinə malik müəllimlərin ümumi biliklərə malik olmamaları idi. Bu bizi kədərləndirirdi.

 

- Attestasiyanın nəticələrinə əsasən uyğun olmayan müəllimlərə nə tövsiyə edərdiniz?


- Müəllimlər hər zaman öz üzərində işləməli, özlərini inkişaf etdirməlidirlər. Müəllim yeni bilikləri öyrənməklə yanaşı dünya görüşünü də inkişaf etdirməlidir. O, yeni metodikalar öyrənməli, şagirdlərə yeni bilik ötürmək bacarıqlarına yiyələnməlidir. 
Mən müəllimlərin ixtisasları üzrə təkminləşdirmə kurslarında iştirak etdikdən sonra yenidən biliklərin yoxlanmasını tövsiyyə edirəm. 

 

Altay
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...