Fənn Olimpiadalarının final mərhələsinin tarixləri məlum olub

Fənn Olimpiadalarının final mərhələsinin tarixləri məlum olub

Respublika Fənn Olimpiadalarının final mərhələsinin tarixləri məlum olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, Respublika Fənn Olimpiadalarının final mərhələsi aşağıda qeyd olunan tarixlərdə təşkil olunacaq:

 

İnformatika fənni üzrə 25-26 aprel;
Fizika fənni üzrə nəzəri tur və kimya fənni üzrə 28 aprel;
Fizika fənni üzrə praktiki tur 29 aprel;
Biologiya fənni üzrə nəzəri tur və tarix fənni üzrə 30 aprel;
Biologiya fənni üzrə praktiki tur 1 may;
Azərbaycan dili və ədəbiyyatı və coğrafiya fənləri üzrə 2 may;

 

Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarının final turu isə 5-6 may tarixində keçiriləcək.

 

RFO-nun final turu bütün fənlər üzrə Azərbaycan Texniki Universitetinin idman zalında (Ayna Sultanova küçəsi) keçiriləcək. Olimpiada saat 10:00-da başlanacaq, şagirdlər 09:00-dan gec olmayaraq imtahan binasının qarşısında olmalıdır.

 

Koordinasiya (yazı işinə baxılması) tarixləri aşağıdakı kimidir:

 

Kimya fənni üzrə 1 may (onlayn);
Fizika fənni üzrə 2 may;
Tarix fənni üzrə 3 may;
Azərbaycan dili və biologiya fənləri üzrə 4 may;
Coğrafiya fənni üzrə 5 may;
Riyaziyyat fənni üzrə 8 may tarixində həyata keçiriləcək.

 

Koordinasiya prosesi kimya fənni üzrə onlayn şəkildə, digər fənlər üzrə isə əyani şəkildə Təhsil Texnologiyaları Mərkəzində (F.Xoyski, 109. N.Nərimanov metrosunun yaxınlığı) keçiriləcək. Koordinasiya prosesi saat 10:00-dan etibarən başlayacaq və növbəlilik prinsipləri əsasında həyata keçiriləcək.

 

Final turunda iştirak hüququ qazanan şagirdlər buraxılış vərəqələrini yaxın günlərdə portal.edu.az saytında şəxsi kabinetlərindən əldə edə biləcəklər.

 

Olimpiadaların final mərhələsinə gələrkən şagirdlərdən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi gətirmələri tələb olunur.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...