Avtobus sürücüsünü döyənlərə cinayət işi açıldı- Biri saxlanıldı


Avtobus sürücüsünü döyənlərə cinayət işi açıldı- Biri saxlanıldı

 

Martın 12-si Abşeron rayonu Xırdalan şəhərində bir qrup şəxs avtobus sürücüsünə hücum edərək onu döyüblər.

 

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğuya cavab olaraq bildirib ki, fakta görə cinayət işi başlanılıb.

 

“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rövşən Məmmədli saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, - deyə o, əlavə edib.

 

Qeyd edək ki, martın 12-si saat 21:30 radələrində bir qrup şəxs Bakı Mühəndislik Universitetinin qarşısında 135 saylı marşrut xətti üzrə avtobus sürücüsünü təkləyərək döyüblər. Ağır xəsarətlər alan sürücü Aqil Həmidov polisə müraciət edib. O, Abşeron Rayon Polis İdarəsi tərəfindən ekspertizaya göndərilib.

 

Bildirilib ki, hadisədən əvvəl naməlum şəxslərin olduğu minik avtomobilinin sürücüsü A.Həmidovla yol üstündə mübahisə edib. Daha sonra onlar avtobus sürücüsünü təqib ediblər və bir qrup şəxslə birgə onun yerini öyrənərək hücum ediblər.

 

Baş vermiş hadisə anbaan olaraq ərazidəki kameralara düşüb./ "Qafqazinfo"


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...