Yeni sədri kollektivə Samir Nuriyev təqdim etdi - Fotolar

Yeni sədri kollektivə Samir Nuriyev təqdim etdi - Fotolar

Fevralın 14-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Rüfət Mahmudu kollektivə təqdim edib.

 

Sfera.az xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1977-ci ildə xalqımızın qədim memarlıq irsini, paytaxtımızın tarixini və mədəniyyətini əks etdirən İçərişəhər kompleksinə tarix-memarlıq qoruğu statusunun verildiyini bildirib.

 

Qeyd edilib ki, İçərişəhər ilə bağlı məsələlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2005-ci il 10 fevral

 

tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması həmin ərazidəki abidələrin, bütövlükdə kompleksin lazımi səviyyədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün mühüm qərar olub.

 

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini xatırladan Samir Nuriyev deyib ki, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən İçərişəhərin konservasiya üzrə Baş Planı hazırlanıb və həmin ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib.

 

Prezident Administrasiyasının rəhbəri ötən dövr ərzində tarix-memarlıq abidələrinin qorunub saxlanması, onların öyrənilməsi, eləcə də turizm infrastrukturunun qurulması istiqamətində mühüm işlərin görüldüyünü, həyata keçirilən tədbirlərin ölkə rəhbərliyinin İçərişəhərə, ümumilikdə tariximizə, mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu istiqamətdə daha böyük əzmlə çalışacağına əmin olduğunu deyən Samir Nuriyev dövlətimizin başçısının tapşırıqlarını kollektivin diqqətinə çatdırıb, yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına işlərində uğurlar arzulayıb.

 





OXŞAR XƏBƏRLƏR

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...

Prezidentin köməkçisi: 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi &mi...

Tanınmış müğənniyə ağır itkiMüğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, sənətçinin anası Maisə xanım gecə saa...