"İlk dəfədir ki, "Sevgililər Günü"ndəmən ona gül aparacağam" -VİDEO

"İlk dəfədir ki, "Sevgililər Günü"ndəmən ona gül aparacağam" -VİDEO

Bu gün mərhum aktyor Azər Baxşəliyevin ölümündən 40 gün ötür.

 

Sfera.az xəbər verir ki, "Xəzər axşamı" proqramında Azərlə bağlı süjet hazırlanıb.  Aktyorun memar həyat yoldaşı Nigar Seyid onunla tanışlığından, birlikdə yaşadıqları çətinliklərdən söz açıb. O, bu il ilk dəfə qızı ilə virusa yoluxduğu üçün Yeni ili ayrı qeyd etdiklərini bildirib: 

 

"Ürəyimdə xal qaldı ki, Yeni ili ilk dəfə birlikdə qeyd etmədik. Fikrimizdə var idi ki, yanvarın 13-də köhnə Yeni ili qeyd edərik".

 

N.Seyid bu gün onu ilk dəfə yuxuda gördüyünü bildirib:

 

"Bu gün ilk gecə idi ki, Azəri yuxuda gördüm. Xatırlamıram necə görmüşəm. Sabah Sevgililər günüdür. İlk dəfədir ki, 14 fevralda mən ona gül aparacağam. Hər il mənə gül verirdi. Əhvalım olmayanda mənə gül alırdı. Mənimlə görüşə gələndə maşının oturacağına gül qoyurdu". 

 

Qeyd edək ki, Azər uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, yanvarda dünyasını dəyişib. Azər və Nigarın bu nikahdan Züleyxa adlı bir qız övladı var.

 

Daha ətraflı videomaterialda:

 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...