Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib


Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

 

Sfera.az xəbər verir ki, iclasda Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxsə irəli sürülmüş konkret ittihamları elan edib.

 

Bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşıb.

 

O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini həmtəsisçisi olduğu “humanitar məqsədli” pərdəsi altında fəaliyyət göstərən “Avrora” fondu, “Biz - dağlarımızıq” təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil etdiyi hərbi anbarlarda saxlayıb.

 

Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan “yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd ayıraraq verib. Həmçinin “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib.

 

Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.

 

Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...